Ukraynadakı AES-lərin ətrafında təhlükəsiz zona yaradılmalıdır" - XİN

 Ukraynadakı AES-lərin ətrafında təhlükəsiz zona yaradılmalıdır" -    XİN
  04 Mart 2022    Oxunub:1857
"Ukrayndakı atom elektrik stansiyalarının ətrafında təhlükəsiz zona yaradılmalıdır".
AzVision.az xəbər verir ki, belə təkliflə Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

Bu barədə "Twitter"də qeyd edən Kuleba bildirib ki, ölkəsinin nüvə arsenalını bərpa etməsi ilə bağlı Rusiya rəsmilərinin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir.

"Bu, Ukraynadakı nüvə obyektlərini atəşə tutan Rusiyanın yalanıdır. Avropada fəlakətin qarşısını almaq üçün onların ətrafında təhlükəsiz zonalar yaradılmalıdır", Ukrayna XİN rəhbəri deyib.

Xatırladaq ki, martın 3-dən 4-nə keçən gecə Rusiya qüvvələrinin Ukrayanın Zaporojye AES-ə endirdiyi zərbə nəticəsində AES-in ərazisində yanğın qeydə alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti