"Susmayın, küçələrə çıxın..." - Zelenski

   "Susmayın, küçələrə çıxın..." -    Zelenski
  05 Mart 2022    Oxunub:1443
Ukrayna prezidenti Vladimir Zelenski avropalıları öz şəhərlərinin küçələrinə çıxmağa və Rusiya ilə müharibədə Ukraynaya dəstək verməyə çağırıb.
AzVision.az xəbər verir ki, o, bu barədə telekörpü və Ukraynaya dəstək aksiyasında iştirak edən Avropa şəhərlərinin sakinlərinə müraciəti zamanı bildirib.

"Susmayın. Küçələrə çıxın. Ukraynanı dəstəkləyin. Azadlığımızı dəstəkləyin. Çünki bu, təkcə Rusiya hərbçiləri üzərində qələbə deyil, bu, işığın qaranlığa qalib gəlməsidir. Bu, xeyirin şərə qalib gəlməsidir. Bu qələbədir. Azadlığın bu gün ölkəmizdə, Ukrayna ərazisində baş verənlər üzərində qələbəsi.

Susmayın, Ukraynanı dəstəkləyin. Çünki Ukrayna məğlub olsa, bütün Avropa süqut edəcək. Ukrayna yıxılsa, bütün Avropa dağılacaq. Əgər biz qalib gəlsək - və mən xalqımıza arxayınam, sizə də arxayınam - bu, demokratiyanın, dəyərlərin, azadlığın böyük qələbəsi olacaq”, - deyə Zelenski bildirib".

Frankfurt, Praqa, Lion, Tbilisi, Vyana, Bratislava, Vilnüs şəhərlərində Ukraynaya dəstək və rus hücumuna qarşı mitinqlər keçirilib. Onlarda ümumilikdə 200 minə yaxın insan iştirak edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti