Ukraynadakı bu görüntülər dünya tarixinə düşəcək - VİDEO

   Ukraynadakı bu görüntülər dünya tarixinə düşəcək -    VİDEO
  05 Mart 2022    Oxunub:3873
Rusiya-Ukrayna müharibəsi davam etdikcə sosial mediada münaqişənin acı mənzərəsini əks etdirən yüzlərlə kadr yayılır. AzVision.az xəbər verir ki, növbəti belə görüntülərdə Rusiya hərbçilərinə doğru addımlayan dinc sakinlərin onları evə, geri dönmələrinə çağırış etməsi əks olunub.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı və mediası məlum videonu payaşaraq yazıb ki, "xalq əli yalın şəkildə də tarxi yazmaqda davam edir. Bu görüntülər tarixə düşəcək! İşğalçılar tərəfindən müvəqqəti zəbt edilən Melitopolda mavi və sarı rənglərə bürünmüş- bayraqlarımızla meydana çıxmış sadə vətəndaşlar rus işğalçılarına qarşı etiraz aksiyası keçiriblər.

Ukrayna ordusu Rusiya helikopterini vurub - VİDEO
Həmin gün ukraynalılar Xersonda da mitinq keçirərək rusların şəhəri tərk etmələrini tələb ediblər.Amma Melitopoldan yayımlanan kadrlarda atəş səsləri eşidilir. Lakin bu, yerli əhalinin etirazlarını dayandırmayıb. Qəribədir ki, onlar əli silahlı rus hərbçilərinə doğru irəliləməyə davam edərək ölümü gözə alıblar... Etirazçıların bəziləri isə hislərini cilovlaya bilməyərək ruslara söyüşlə şəhəri tərk etməyə çağırıb"



Daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko isə Melitopolda lentə alınmış videodakı cəsarətli davranışları şərh edərək deyib ki, "çox güman ki, bu dünya tarixinə düşəcək".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti