Ukraynadakı döyüşlərdə 32 uşaq ölüb

   Ukraynadakı döyüşlərdə    32 uşaq    ölüb
  05 Mart 2022    Oxunub:1582
Ukraynada müharibə qurbanı olan uşaqların sayı 32-ə çatıb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin uşaq hüquqları və uşaqların reabilitasiyası üzrə müşaviri Darina Gerasimçuk deyib.
- Martın 5-i saat 9:00-a olan məlumata görə, rus işğalçılarının açdığı atəş nəticəsində azı 32 günahsız uşaq ölüb. 70 uşaq isə yaralanıb, - Gerasimçuk telemarafon zamanı söyləyib.

Ukraynadakı bu görüntülər dünya tarixinə düşəcək - VİDEO
O, həmçinin bildirib ki, genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində, xüsusən Stanitsia Luqansk, Severodonetsk və Axtırkada uşaq bağçaları, Jitomirdə və Kiyev vilayətində doğum evləri və məktəblər, Xarkovdakı təhsil müəssisələri dağıdılıb.

Gerasimçuk həmçinin qeyd edib ki, 1,5 milyona yaxın uşaq mühasirədə olan ərazilərdədir. Onların arasında kimsəsiz və sağlamlıq imkanları məhdud uşaqlar da var.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  



Xəbər lenti