“Səninlə birgə olmaq istəyirəm" - Rusiyalı əsirdən ukraynalı qıza sevgi etirafı

   “Səninlə birgə olmaq istəyirəm" -    Rusiyalı əsirdən ukraynalı qıza sevgi etirafı
  06 Mart 2022    Oxunub:2119
Ukraynadakı müharibədə əsir düşən rusiyalı hərbçi Berdiçevdən olan ukraynalı bir qızla sevgili olduğunu bildirib. O, əsir düşdükdən sonra Ukrayna əsgərlərindən ona sevgilisinə zəng etmək imkanı vermələrini xahiş edib. Qızla telefon söhbəti zamanı o, müharibəni bitirmək və sevgilisi ilə görüşmək istəyini etiraf edib.
"Mən sənin xahiş etdiyin kimi etdim: silahımı yerə qoyub Ukrayna hərbçilərinə təslim oldum. Mən müharibəni dayandırmaq və səninlə birgə olmaq istəyirəm!", - əsir ukraynalı qıza deyib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti