Bir sıra ölkələr Ukraynanın Aİ-yə üzv olmağını istəmir

   Bir sıra ölkələr    Ukraynanın Aİ-yə üzv olmağını istəmir
  07 Mart 2022    Oxunub:1365
Almaniya və Niderland da daxil olmaqla bir sıra Avropa İttifaqı ölkələri bu həftə Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı çağırışlara qarşıdırlar.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” bir sıra diplomatlara istinadən bildirib. Qeyd olunur ki, bu ölkələr ilk olaraq Aİ-nin icra departamentindən Ukraynanın ittifaqa üzvlüklə bağlı hazırlığının dərəcəsi ilə bağlı rəy bildirməsini istəyirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Ukraynanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayıb. Ertəsi gün Avropa Parlamenti Ukraynaya namizəd ölkə statusu verən qətnaməni dəstəkləyib.

AzVision.az


Teqlər: Ukrayna   Avropa  



Xəbər lenti