Xarkovdakı elmi nüvə qurğusu məhv edilib

Xarkovdakı elmi nüvə qurğusu məhv edilib
  07 Mart 2022    Oxunub:954
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Xarkov Fizika və Texnologiya İnstitutunda neytron istehsalı qurğusunun dağıdılmış ola biləcəyinə dair sübutları var.
AzVision.az xəbər verir ki, bunu təşkilatın baş direktoru Rafael Qrossini jurnalistlərə açıqlamasında deyib. “Görünür, dağıdılıb. Radiasiya yayılmır. Bu, elmi təcrübələr üçün neytron istehsalı müəssisəsidir. Elmi institutun məhv edilməsi çox təəssüf doğurur”, deyə, o bildirib.

AzVision.az


Teqlər: MAQATE   Xarkov  



Xəbər lenti