Kanada daha 10 rusiyalıya sanksiya tətbiq edib

Kanada daha 10 rusiyalıya sanksiya tətbiq edib
  07 Mart 2022    Oxunub:1211
Kanada hakimiyyəti Ukraynaya hərbi müdaxiləyə görə Rusiyadan olan daha 10 nəfərə qarşı sanksiya tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo bildirib. “Bu gün Kanada əsassız işğalda iştirak edən 10 nəfərə qarşı yeni sanksiyalar elan edir. Siyahıya keçmiş və indiki yüksək rütbəli dövlət məmurları, oliqarxlar və Rusiya rəhbərliyinin tərəfdarları daxildir”, - o deyib.

Castin Trüdo adları açıqlamasa da qeyd edib ki, onlar əvvəllər Rusiyada həbsdə olan Aleksey Navalnının tərtib etdiyi siyahıdan götürülüb.

AzVision.az




Teqlər: Kanada  



Xəbər lenti