“Ozernoye” aerodromunu məhv etdik" - Rusiyalı general

   “Ozernoye” aerodromunu məhv etdik" -    Rusiyalı general
  08 Mart 2022    Oxunub:1063
Rusiya Ukraynada daha bir hərbi obyekti vurması barədə məlumat yayıb.

AzVision.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bazar ertəsi Ukrayna Hərbi Hava Qüvvələrinin Jitomir vilayətində yerləşən Ozernoye aerodromunu yüksək dəqiqlikli silahların köməyi ilə məhv etdiklərini açıqlayıb.
"Bayraktar" ın Rusiya "Buk"unu vurma anı - VİDEO
- Martın 7-də Ukrayna Hərbi Hava Qüvvələrinin Jitomir vilayətində yerləşən “Ozernoye” aerodromunu yüksək dəqiqlikli uzaqmənzilli silahlarla sıradan çıxarıb, - Konaşenkov deyib.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu açıqlayıb. Müharibə "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi adı altında aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti