ABŞ kəşfiyyatı: "Rusiya kütləvi qırğın silahları sahəsində əsas rəqibimizdir"

      ABŞ kəşfiyyatı:    "Rusiya kütləvi qırğın silahları sahəsində əsas rəqibimizdir"
  08 Mart 2022    Oxunub:1655
ABŞ kəşfiyyatı Rusiyanın yaxın gələcəkdə ABŞ-ın kütləvi qırğın silahları sahəsində əsas rəqibi olaraq qalacağına inanır. AzVision.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynsın hesabatında deyilir.
Qeyd edək ki, bazar ertəsi ABŞ Kəşfiyyat Birliyinin illik Təhdidlərin Qiymətləndirilməsi Hesabatı açıqlanıb. Hesabat fevralın 7-nə aiddir və yanvarın 21-nə olan məlumatlardan istifadə etməklə hazırlanıb.

Hesabatda deyilir: “Biz Rusiyanın nüvə silahı potensialını genişləndirdiyi və modernləşdirdiyi, strateji və qeyri-strateji silah imkanlarını artırdığı üçün yaxın gələcəkdə ABŞ-ın əsas və ən bacarıqlı KQS rəqibi olaraq qalacağını qiymətləndiririk”.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti