"Zelenski böyük prezidentdir” - Şevçenko

   "Zelenski böyük prezidentdir” -    Şevçenko
  08 Mart 2022    Oxunub:1086
Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko ölkəsindəki durum barədə növbəti dəfə danışıb.
AzVision.az xəbər verir ki, 45 yaşlı mütəxəssis “Rai 3” kanalına açıqlamasında deyib:

“Dəhşətli yuxu kimi görünür, sabah oyanıb normal həyata qayıdacağam kimi düşünürəm. Amma sonra başa düşürəm ki, belə olmayacaq. Bu reallıqdır. Ukrayna Avropanın bir hissəsi olmaq istəyir. Volodimir Zelenski bizi azadlığımıza və müstəqilliyimizə aparan böyük prezidentdir”.

Qeyd edək ki, fevralın 24-də Rusiya və Ukrayna arasında müharibə başlayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti