Putin məhsulların və xammalın ixracını məhdudlaşdırmağı tapşırdı

   Putin   məhsulların və xammalın    ixracını məhdudlaşdırmağı tapşırdı
  08 Mart 2022    Oxunub:2388
Rusiya Prezidenti Vladimir Putin bəzi iqtisadi qadağalarla bağlı fərman imzalayıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, yeni fərman xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqındadır.

Putin bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarını iki gün ərzində müəyyən etməyi tapşırıb.

O, həmçinin dekabrın 31-dək Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulmasını təmin etməyi tapşırıb, onların siyahısını hökumət müəyyən edəcək.

“Sənayenin təhlükəsizliyini və düzgün işləməsini təmin etmək məqsədilə qərara alıram ki, 31 dekabr 2022-ci il tarixinədək aşağıdakı xüsusi iqtisadi tədbirlərin tətbiqi təmin edilsin”, - deyə məlumatda bildirilir.

Fərmana əsasən, məhdudiyyətlər rusların, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsi ehtiyacları üçün ölkədən idxal və ya ölkədən çıxaracaqları mal və xammala təsir etməyəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti