"Rubl artıq ABŞ sentindən də ucuzdur" - Bayden

   "Rubl artıq ABŞ sentindən də ucuzdur" -    Bayden
  08 Mart 2022    Oxunub:1154
"Rusiya hər gün Qərbin sanksiyalarının iqtisadiyyata mənfi təsirini daha çox hiss edir". AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden deyib.
Onun sözlərinə görə, Rusiya rublu dünyanın ən qeyri-sabit valyutalarından birinə çevrilib.

- Bir çox şirkət və investorlar Rusiya bazarını tərk etdilər, -Bayden deyib.

ABŞ prezidenti videomüraciətində onu da qeyd edib ki, rubl artıq ABŞ sentindən də aşağıdır. Buna Qərbin sanksiyaları səbəb olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti