"Çernobıl AES-in enerjisi tamamilə kəsilib" - "Ukrenerqo"

   "Çernobıl AES-in enerjisi tamamilə kəsilib" -    "Ukrenerqo"
  09 Mart 2022    Oxunub:1950
Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası (AES) enerjisiz qalıb. AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Ukrenerqo"ya istinad edən saytlar AES-də elektrik enerjisinin tamamilə kəsilməsini təhlükəli hal kimi qiymətləndiriblər.
- Rus işğalçılarının düşmən davranışları nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının enerjisi tamamilə kəsildi. Hazırda döyüşlər davam etdiyi üçün ərazidə təmir işlərini və enerji təchizatının bərpasını qeyri-mümkün olub. "Ukrenerqo"dan verilən məlumata görə qurum vəziyyətə nəzarət edir və bütün dəyişikliklər barədə məlumat verəcək, - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: AES   Ukrayna  



Xəbər lenti