ABŞ səfirindən amerikalılara çağırış: "Rusiyanı indi tərk edin!"

   ABŞ səfirindən amerikalılara çağırış:    "Rusiyanı indi tərk edin!"
  09 Mart 2022    Oxunub:1522
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Amerika vətəndaşlarına çağırış edib. AzVision.az xəbər verir ki, o, briffinq zamanı Rusiyada olan ABŞ vətəndaşlarını ölkəni indi tərk etməyə və ya səfirliyin köməyi olmadan bunu necə edə biləcəkləri barədə bir plan düşünməyə çağırıb. Çünki səfirlik bağlana bilər.
- Bizim tövsiyəmiz budur: Rusiyanı indi tərk edin. Əgər getmək fikrindəsinizsə, gedə bilirsinizsə, indi gedin. Və ya indi getməyəcəksinizsə, səfirliyin köməyi olmadan burada necə qalacağınıza dair plan qurun. Çünki Rusiya hökuməti səfirliyi bağlaya bilər”, - deyə Sullivan brifinq zamanı bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Səfir  



Xəbər lenti