"Heineken" Rusiyada pivə istehsalı və satışını dayandırır

      "Heineken"    Rusiyada pivə istehsalı və satışını dayandırır
  09 Mart 2022    Oxunub:1663
Hollandiyanın “Heineken” pivə konserni Rusiyada “Heineken” brendi altında pivə istehsalını və satışını dayandırır. AzVision.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilir ki, bununla belə, bütün fabriklər fəaliyyətini davam etdirəcəklər.

- Şirkət Rusiyada "Heineken" brendi altında pivə istehsalı və satışını dayandıracaq. Eyni zamanda, şirkətin ölkədəki bütün zavodları, əməliyyat və kommersiya bölmələri geniş pivə brendi portfelini saxlamaqla və adi rejimdə işləməyə davam edəcək, - konsernin bəyanatında deyilir.

Xatırladaq ki, bundan öncə "Heineken" Rusiyaya pivə ixracını dayandırmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti