Zelenskinin ailəsi haradadır?

   Zelenskinin ailəsi haradadır?
  10 Mart 2022    Oxunub:2652
Ukrayna Prezidenti Volodimir Zelenski ailəsinin harada olması barədə danışıb. AzVision.az xəbər verir ki, bu barədə o, Almaniyanın “Zeit” qəzetinə müsahibəsində bəhs edib. Dövlət başçısı bildirib ki, ailəsi Rusiyanın hücumundan bu günə kimi ölkəni tərk etməyib: “Mənim ailəm Ukraynadadır.”, - Zelenski təhlükəsizlik baxımından bunu sirr saxlayıb.
Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ Dövlət Departamenti, Pentaqon və ABŞ-ın digər dövlət orqanlarının Ukrayna Prezidenti Volodimir Zelenski və komandası üzvlərinin ölkəni tərk etməyə məcbur olacağı təqdirdə tədbirlər planı hazırlamağa başladığı bildirilib.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti