“Finlandiya və İsveç NATO-ya daxil olarsa...”

 “Finlandiya və İsveç NATO-ya daxil olarsa...”
  10 Mart 2022    Oxunub:1053
“Əgər Finlandiya və İsveç NATO-ya daxil olarsa, vəziyyət daha da pisləşəcək”. Bunu AzVision.az-a açıqlamasında qırğızıstanlı politoloq Murat Beyşenov deyib.
- Axı Ukraynadakı hadisələr NATO-nun Şərqə doğru genişlənməsi ilə bağlıdır. Polşa, Rumıniya, Baltikyanı ölkələr hamısı NATO-dadır. Mənə elə gəlir ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı bəzi ölkələrin NATO-ya üzv olmaq istəyini sürətləndirə bilər. Söhbət Gürcüstan, Ukrayna və Moldovadan gedir. Amerikalılar isə onlara öz arzularını həyata keçirməyə kömək edə bilərlər. Əgər bu baş verərsə, o zaman dünya böhran həddinə yaxınlaşacaq və müharibə qlobal xarakter alacaq. Bu, çox kədərli və üzücüdür,- həmsöhbətimiz bildirib.

Samir Vəliyev
AzVision.az



Teqlər: NATO  



Xəbər lenti