Kadırov xəstəliklərin yayılmasını ABŞ biolaboratoriyaları ilə əlaqələndirib

   Kadırov xəstəliklərin yayılmasını    ABŞ biolaboratoriyaları    ilə əlaqələndirib
  10 Mart 2022    Oxunub:1110
Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ - ın ünvanına ciddi ittihamlar səsləndirib. AzVision.az xəbər verir ki, Kadırov 2008-2019-cu illərdə Ukraynada təhlükəli xəstəliklərin yayılmasını oradakı Amerika bioloji laboratoriyalarının fəaliyyəti ilə əlaqələndirib.
- Ukrayna ərazisində ABŞ tərəfindən maliyyələşdirilən və bioloji silahların hazırlandığı onlarla biolaboratoriyanın olması ilə bağlı xəbər məni dərindən sarsıtdı. Onların biosilahlarla eksperiment aparması faktını Rusiya hərbçilərinin bioloji nümunələrə nəzarət edə biləcəyindən qorxduğunu bildirən ABŞ dövlət katibinin müavini Viktoriya Nuland da təsdiqləyib. Üstəlik, o, Ukrayna ərazisində bioloji və kimyəvi silahlarla bağlı hər hansı insidentin baş verəcəyi təqdirdə bunun məsuliyyətini Rusiyanın üzərinə atıb. Sinizm yüksək səviyyədədir... - Kadırov deyib.

Onun sözlərinə görə, laboratoriyalarda yalnız amerikalılar və ya onlar tərəfindən “təsdiqlənmiş” şəxslər işləyib. Çeçenistan rəhbəri qeyd edib ki, ABŞ qanunları “uğursuz və qanunsuz sınaqlar zamanı bu cür layihələrin iştirakçılarını cinayət məsuliyyətindən azad edir”.

Tural Tağıyev
AzVision.az


Teqlər:



Xəbər lenti