Maduro: "Artıq yeni dünya müharibəsi başlayıb"

      Maduro:    "Artıq yeni dünya müharibəsi başlayıb"
  10 Mart 2022    Oxunub:1848
Venesuela prezidenti Nikolas Maduro hazırda iqtisadi xarakter daşıyan yeni dünya müharibəsinin başladığını deyib. AzVision.az xəbər verir ki, bu barədə "TeleSUR" məlumat yayıb.
- Bu, bütöv ölkələri və regionları "boğmaq", xammal, ərzaq və enerji təchizatında qeyri-sabitlik yaratmaq məqsədi daşıyır, - Maduro deyib.

Onun fikrincə, bu müharibə iqtisadi mərhələdən nüvə silahından istifadə riski ilə real silahlı qarşıdurmaya keçə bilər.

- Mən əvvəlcə Ukraynanın Rusiyaya yönəlmiş kütləvi qırğın silahlarına malik olmasını istisna etməyənlərdən biri idim. Dünyada real nüvə müharibəsi təhlükəsi var, - dövlət başçısı deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Nüvə   Müharibə   Maduro  



Xəbər lenti