Mario Draqinin İlham Əliyevə zəng etməsi İtaliya mətbuatında
Məlumatlarda telefon söhbəti zamanı bu il Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu vurğulanıb. Bu müddət ərzində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub.
Habelə bildirilib ki, söhbət zamanı Azərbaycan və İtaliya arasında iqtisadi, ticarət və enerji sahələrində səmərəli əməkdaşlığın qurulduğu, enerji sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yer tutduğu qeyd edilib. Yazılarda telefon danışığı zamanı mədəniyyət və təhsil sahələrində həyata keçirilən uğurlu əməkdaşlıq layihələrinin müzakirə olunduğu, bu xüsusda Bakıda İtaliya-Azərbaycan universitetinin yaradılmasının əhəmiyyətinin vurğulandığı, eləcə də tərəflərin iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi məqsədilə yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlər mübadiləsinin davam etdirilməsinə razılıqlarını bildirdikləri qeyd olunub. Məlumatlarda eləcə də, telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.
AzVision.az
Teqlər: İtaliya Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


