Google Rusiyadakı fəaliyyətini məhdudlaşdırır

Google Rusiyadakı fəaliyyətini məhdudlaşdırır
  10 Mart 2022    Oxunub:1295
Google şirkəti Rusiyada fəaliyyətini məhdudlaşdırdığına dair məlumat yayıb. AzVision.az xəbər verir ki, şirkətdən verilən açıqlamada rusların artıq "Play Store" tətbiqi vasitəsilə alış-veriş edə bilməyəcəkləri bildirilir.
- Ödəniş sistemlərinin fəaliyyətində yaranmış problemlərə görə biz yaxın günlərdə Rusiyada istifadəçilər üçün "Google Play" ödəniş sisteminin fəaliyyətini dayandıracağıq, - korporasiya açıqlamasında deyib.

Qeyd olunur ki, indi rusiyalı istifadəçilər proqramlar, oyunlar və abunəliklər üçün ödəniş edə, həmçinin "Play Store"dan tətbiqlərdə rəqəmsal mallar ala bilməyəcəklər.

AzVision.az



Teqlər:



Xəbər lenti