"Mitsubishi Electric" Rusiyaya tədarüklərini dayandırıb

   "Mitsubishi Electric"    Rusiyaya tədarüklərini dayandırıb
  10 Mart 2022    Oxunub:1316
Yaponiyanın "Mitsubishi Electric Corporation" şirkəti Ukraynada gedən müharibə səbəbindən Rusiyaya tədarükləri dayandırıb. AzVision.az xəbər verir ki, şirkət logistika ilə bağlı çətinliklərin yarandığını bəyan edib.
Qeyd olunur ki, tədarükdəki fasilələr, eləcə də ödənişlə bağlı çətinliklər “əməliyyatların davam etdirilməsini qeyri-mümkün edir”.

Bundan əlavə, şirkət Ukraynanı tərk etmək məcburiyyətində qalan insanlara dəstək üçün BMT Ali Komissarlığının ofisi vasitəsilə 1 milyon avro göndərmək niyyətində olduğunu açıqlayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti