Nazirlərin Antalya görüşü bitib - YENİLƏNİB+VİDEO
12:34
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb. AzVision.az xəbər verir ki, danışıqlar Antalya şəhərinin Belek rayonunda keçirilir. Üçtərəfli görüşdən sonra mətbuat konfransı keçiriləcək. Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar danışıqlar aparmayacaq.
Danışıqların keçiriləcəyi hotelin pəncərələri gülləkeçirməzdir. Lavrov və Kuleba arasında aparılan danışıqlar Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasından bəri XİN rəhbəri səviyyəsində ilk təmas sayılır.
Üçtərəfli görüşdən əvvəl Mövlud Çavuşoğlu Ukrayna və Rusiyanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb.
AzVision.az
Teqlər: Türkiyə Rusiya Antalya Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


