Kuleba: "Lavrovla danışıqlar çətin keçdi"

      Kuleba:    "Lavrovla danışıqlar çətin keçdi"
  10 Mart 2022    Oxunub:1627
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Antalyada rusiyalı həmkarı ilə danışıqlardan danışıb. AzVision.az xəbər verir ki, o, Lavrovla danışıqların çətin keçdiyini bəyan edib.
Ukrayna XİN rəhbəri deyib ki, Lavrovla danışıqlarda vəziyyətin diplomatik həlli yollarını tapmağa çalışıb. O, həmçinin görüşdə humanitar dəhlizlərin açılması və atəşkəs məsələlərinin də müzakirə edildiyini söyləyib. Kulebanın sözlərin Kiyev Rusiya tərəfindən irəli sürülən tələblərə yerinə yetirmək niyyətində deyil. Onun sözlərinə görə, tərəflər hələ də atəşkəslə bağlı qərara gələ bilməyiblər.

Qeyd edilir ki, Lavrov nüvə təhlükəsizliyi üzrə MAQATE, Rusiya və Ukrayna ekspertləri ilə üçtərəfli məsləhətləşmələr aparmağı təklif edib.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti