"ABŞ Rusiyaya qarşı müharibə aparmayacaq" - Psaki
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki birinfiqdə deyib.
"ABŞ qoşunlarını Ukraynaya göndərmək və Rusiyaya qarşı müharibə aparmaq - bizim bunu etmək niyyətimiz yoxdur".
"Mən hipotetik vəziyyətlərə girmək fikrində deyiləm. İndi biz deyirik ki, onların belə potensialı və imkanları var. Mən də kəşfiyyat məlumatlarının təfərrüatlarına varmaq fikrində deyiləm. Amma prezidentin (ABŞ Co Bayden) ABŞ ordusunun Ukraynada Rusiyaya qarşı döyüşmək üçün göndərilməsi niyyəti dəyişməyib”, - deyə Psaki qeyri-ənənəvi silahlardan istifadənin Amerika administrasiyasının mövqeyinə yenidən baxacağı ilə bağlı suala cavab verərkən deyib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


