Rusiya taxıl ixracına qadağa qoydu

   Rusiya    taxıl ixracına    qadağa qoydu
  10 Mart 2022    Oxunub:1177
Rusiya Avrasiya İqtisadi Birliyi ölkələrinə taxıl bitkilərinin ixracına müvəqqəti qadağa tətbiq edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qadağa buğda, çovdar, arpa və qarğıdalını əhatə edəcək və 31 avqustadək qüvvədə olacaq.

Qeyd edək ki, qadağa qoyulan ölkələr arasında Ermənistan da var.

Qazaxıstan, Rusiya, Ermənistan, Belarus və Qırğızıstanı birləşdirən Avrasiya iqtisadi Birliyi 2014-cü ilin mayında yaradılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti