"Walt Disney” Rusiyadan çıxır

   "Walt Disney” Rusiyadan çıxır
  11 Mart 2022    Oxunub:804
Ukraynada baş verən hadisələr fonunda Amerikanın “The Walt Disney Company” şirkəti Rusiyadakı bütün fəaliyyətlərini, o cümlədən məzmun istehsalı və lisenziyalaşdırılmasını dayandıracaq.
AzVision.az xəbər verir ki, bu barədə cümə axşamı şirkətin bəyanatına istinadən "Reuters" agentliyi məlumat yayıb. “Ukraynaya qarşı davam edən hücumu və artan humanitar böhranı nəzərə alaraq, biz Rusiyada qalan bütün fəaliyyətləri dayandırmaq üçün addımlar atırıq”, - deyə məlumatda bildirilir.

Qeyd edildiyi kimi, bu qərar şirkətin bütün fəaliyyətlərinə, o cümlədən məzmunun istehsalı və lisenziyalaşdırılması, digər məhsulların yaradılması, həmçinin “National Geographic" jurnalının işinə də təsir edəcək.

AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti