9 ukraynalı hərbçi təslim olub - Rusiya mətbuatı

9 ukraynalı hərbçi təslim olub -    Rusiya mətbuatı
  11 Mart 2022    Oxunub:1222
Rusiya mediası bir neçə Ukrayna hərbçisinin əsir düşməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar onların könüllü şəkildə təslim olduqlarını yazıblar.
- "Donetsk Xalq Respublikası"nın "Xalq Milisi" məlumat yayıb ki, doqquz ukraynalı əsgər könüllü olaraq silahlarını yerə qoyub və "DXR" tərəfinə keçib. Onlar 36-cı dəniz piyada briqadasının hərbçiləri olublar.

Açıqlamada o da bildirilir ki, "DXR" hərbçiləri bir gündə bir tank, iki piyada döyüş maşını, bir zirehli avtomobil, həmçinin altı "Javelin" tank əleyhinə raket ələ keçirib, - məqalədə yazılıb.

Qeyd edək ki, müharibə başlayandan Ukrayna bir neçə dəfə rusiyalı hərbçilərin əsir düşməsi barədə məlumat yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti