Ermənistanda qumbara partlayışından 2 nəfər ölüb - FOTO

   Ermənistanda qumbara partlayışından 2 nəfər ölüb -    FOTO
  11 Mart 2022    Oxunub:784
Ermənistanda mülki şəxslərin ölümü ilə nəticələnən qumbara partlayışı baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, hadisə Kotayk bölgəsinin Zovuni kəndində məktəbin yaxınlığında baş verib.
- Ermənistan polisi mətbuat xidmətinin məlumatına görə, ərazidən iki nəfərin cəsədi tapılıb. Əldə etdiyimiz məlumata görə martın 11-də bir vətəndaş keçmiş arvadını təqib edirmiş. Sonradan məlum olub ki, bu qadını partlayış baş verən kənd məktəbinin yanında görüblər.

Hadisə yerinə gələn əməliyyat qrupu 1976-cı il təvəllüdlü Nelly N. və onun keçmiş əri Artak D.-nin (1976-cı il təvəllüdlü) meyitini aşkarlayıblar. İlkin məlumatlara görə, hər ikisi qumbaranın partlaması nəticəsində ölüb, - məqalədə yazılıb.



Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra sadə ermənilərdə silah sursatların çoxalması ilə bağlı xeylis ayda faktlar aşkarlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Partlayış  



Xəbər lenti