Baş Qərargah: "Rusiya Ukraynada 12 mindən çox hərbçi itirib"

      Baş Qərargah:    "Rusiya Ukraynada 12 mindən çox hərbçi itirib"
  11 Mart 2022    Oxunub:1515
Rusiya ordusunun Ukrayna ərazisindəki ümumi döyüş itkiləri martın 11-nə olan məlumata görə 12 mindən çox hərbçi təşkil edib.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti özünün yutub kanalında məlumat yayıb.
Bu müddət ərzində Rusiya Federasiyası həmçinin 353 tank, 1 165 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 58 reaktiv yaylım atəş sistemi, 31 hava hücumundan müdafiə sistemi, 57 təyyarə, 83 helikopter, 558 nəqliyyat vasitəsi, 3 gəmi, 60 yanacaq sisterni və 7 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı itirib.


AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti