"Anzor ölməyib, ruslara salam deyir" - Kadırov

   "Anzor ölməyib, ruslara salam deyir" -    Kadırov
  11 Mart 2022    Oxunub:1504
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın yaydığı xəbərlərdən birinin "feyk" olduğunu bəyan edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
- Kadırov Ukrayna millətçilərinin çeçen zabitinin ölümü ilə bağlı növbəti saxtakarlığını təkzib edib. Söhbət “Axmat-Qroznı” OMON-nun komandiri Anzor Bisayevdən gedir. Respublika rəhbərinin qeyd etdiyi kimi, “banderaçılar və çeçendilli şeytanlar” tərəfindən yayılan xəbərlərin əksinə olaraq, zabit sağdır və hətta bütün ruslara salam da deyir.

"Zelenskiyə sui-qəsd hazırlayan "kadırovçılar" məhv edildi" - Danilov
Kadırov “Onlar döyüş meydanında bizim döyüşçülərimizlə heç nə edə bilmirlər, ona görə də kişilik ləyaqətlərini itirərək öz yaxınlarını alçaq adlandırmağa başlayırlar” deyərək yayılan xəbərləri ifşa edib.

Xatırladaq ki, Ukrayna mediası döyüş və Prezident Volodimir Zelenskiyə sui-qəsd üçün ölkəyə gətirilmiş çeçenlerin xeyli hissəsinin öldürülməsi barədə məlumat yaymışdı.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Kadırov   Çeçenistan  



Xəbər lenti