"Ukraynaya qoşun və təyyarə göndərməyəcəyik" - Stoltenberq

   "Ukraynaya qoşun və təyyarə göndərməyəcəyik" -    Stoltenberq
  11 Mart 2022    Oxunub:1583
NATO Ukraynaya qoşun göndərməyəcək. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Saytlar NATO baş katibi Yens Stoltenberqə istinad ediblər.

- Baş katib deyib ki, alyans Ukraynaya qoşun və təyyarə göndərməyəcək, - məqalədə yazılıb.

Qeyd edək ki, Ukrayna xarici işlər naziri və Prezidenti artıq bir neçə dəfə NATO və ümumilikdə Qərb ölkələrinə müraciət ediblər. Onlar alyansın Ukrayna səmasını bağlamasını xahiş edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   NATO  



Xəbər lenti