"Münaqişə ərzaq qiymətlərinin artmasına səbəb ola bilər" - BMT

   "Münaqişə ərzaq qiymətlərinin artmasına səbəb ola bilər" -    BMT
  11 Mart 2022    Oxunub:1717
"Rusiya-Ukrayna münaqişəsi ərzaq qiymətlərinin artmasına və dünyada aclığa səbəb ola bilər.
AzVision.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) sözçüsü Tomson Piri brifinqdə deyib. O bildirib ki, Avropanın çörək səbəti kimi tanınan Qara dəniz hövzəsi taxıl və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ən mühüm regionlardan biridir:

"Dünya buğda ixracının 30%-i, qarğıdalı ixracının 20%-i və günəbaxan ixracının 76%-i Ukrayna və Rusiyanın payına düşür. Bu, istehsalda və ya tədarükdə hər hansı bir fasilə qiymətlərin artmasına səbəb ola bilər. Bu, artıq öz ölkələrində yüksək ərzaq inflyasiyasından əziyyət çəkən milyonlarla insana təsir edəcək”.

Aytən Zəhra
AzVision.az



Teqlər: BMT  



Xəbər lenti