İtaliya Ukraynaya pulemyotlar və tank əleyhinə silahlar verib

   İtaliya Ukraynaya    pulemyotlar və tank əleyhinə silahlar    verib
  12 Mart 2022    Oxunub:1049
“İtaliya hakimiyyəti Ukraynaya tank əleyhinə qumbaraatanlar və pulemyotlar təhvil verib”. AzVision.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb. İtaliya silahlı qüvvələrinin adının açıqlanmasını istəməyən sözçüsü nəşrə bildirib ki, Kiyevə mülki əhalinin tankları dayandıra bilməsi üçün yaradılan silah verilib.
O qeyd edib ki, Belçika, İtaliya və Almaniya Ukraynaya “Panzerfaust” tank əleyhinə qumbaraatanların müasir versiyasını göndərib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İtaliya   Ukrayna  



Xəbər lenti