Yaponiyanın kosmetika şirkəti Rusiyaya məhsul satmayacaq

Yaponiyanın kosmetika şirkəti Rusiyaya məhsul satmayacaq
  12 Mart 2022    Oxunub:1095
Yaponiyanın “Kao” kosmetika şirkəti Ukraynadakı mövcud vəziyyətlə əlaqədar məhsullarının Rusiyaya tədarükünü məhdudlaşdırmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Nikkei məlumat yayıb. Nəşr qeyd edir ki, Rusiya bazarına yalnız qadınların və uşaqların gigiyenasını təmin etmək üçün zəruri olan məhsulların tədarükü davam etdiriləcək. Bundan əlavə, Kao Rusiyada marketinq fəaliyyətini dayandıracaq.

Martın 10-da Yaponiyanın Shiseido kosmetika şirkəti də öz məhsullarının Rusiyaya tədarükünü dayandırdığını elan edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Yaponiya  



Xəbər lenti