Rusiyanın daha 4 helikopteri və döyüş təyyarəsi vuruldu

   Rusiyanın daha    4 helikopteri və döyüş təyyarəsi vuruldu
  12 Mart 2022    Oxunub:1091
Dünən, martın 11-də Ukrayna hərbçiləri Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub və dörd helikopter də daxil olmaqla daha beş hava hədəfini məhv edib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Qeyd olunub ki, “Buk-M1” və “S-300” zenit-raket bölmələri bir gündə beş hava hədəfini vurub: bir “Forpost” pilotsuz uçuş aparatı və dörd helikopteri. Bundan əlavə, Su-24m bombardmançıları, Su-25 hücum təyyarələri, Ordu aviasiyasının Mi-24 helikopterlərindən ibarət taktiki qrup Rusiya texnikasının kolonnalarına 10-dək reyd keçirib, bu zaman zirehli texnikalara güclü raket və bomba zərbələri endirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti