Zelenski: "Ukraynanın bir neçə şəhəri dağıdılıb"

 Zelenski: "Ukraynanın bir neçə şəhəri dağıdılıb"
  12 Mart 2022    Oxunub:963
Rusiyanın Ukraynaya hücumu başlayandan indiyədək bir neçə kiçik şəhər dağıdılıb.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici jurnalistlərə müsahibəsində deyib.

Ukrayna lideri bildirib ki, Rusiya hərbçiləri Ukrayna şəhərlərini bombalamağa davam edir.

"Ölkənin qərbində xalqımız davamlı bombardmanlara məruz qalmayıb, dağıntılar Kiyev, Xarkov, Mariupol və bir çox şəhərlərdə qeydə alınıb. Və bir neçə kiçik şəhər artıq yoxdur. Bu, böyük faciədir, onlar sadəcə olaraq yoxdur, bundan sonra da olmayacaq”, - Zelenski vurğulayıb.

AzVision.az



Teqlər: Zelenski   Ukrayna  



Xəbər lenti