Fransa prezidentliyinə namizəd Zemmura yumurta atılıb

Fransa prezidentliyinə namizəd Zemmura yumurta atılıb
  12 Mart 2022    Oxunub:1308
Fransa prezidentliyinə namizəd Erik Zemmurun Moissak şəhərinə səfəri zamanı başına yumurta dəyib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Zemmur Agen şəhərində seçicilərlə planlaşdırılan görüşdən əvvəl Moissaka gəlib.

O, maşından düşən zaman naməlum şəxs onun başına yumurta atıb.

Mühafizəçi dərhal hücum edən şəxsi saxlayıb.

Telekanalın məlumatına görə, Zemmura yumurta atan şəxsin uşağı əlildir. Güman edilir ki, yumurtanı atan şəxs Zemmurun Fransada əlilliyi olan uşaqların inklüzivliyi ilə bağlı xoş olmayan çıxışlarından qəzəblənib.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də keçiriləcək.

AzVision.az



Teqlər: Fransa   Seçki-Kampaniyası  



Xəbər lenti