Ukrayna və Rusiya işçi altqruplar yaradıblar
"Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir. Xüsusi işçi altqruplar yaradılıb. Ukraynanın mövqeləri əvvəlki ən sərt direktivlərlə müəyyən edilib", - Podolyak deyib.
Ukrayna nümayəndə heyətinin nümayəndəsi yaradılan işçi altqrupların hansı məsələlərlə məşğul olacağı barədə məlumat verməyib.
Xatırladaq ki, bu gün Rusiya tərəfi Ukrayna ilə videokonfrans formatında danışıqların aparıldığını elan edib. Lakin Kreml detalları açıqlamayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


