Ukrayna və Rusiya arasında yeni danışıqlar nə zaman baş tutacaq?

   Ukrayna və Rusiya arasında yeni danışıqlar  nə zaman baş tutacaq?
  13 Mart 2022    Oxunub:1156
"Ukrayna və Rusiya Federasiyası arasında danışıqların dördüncü raundu “hüquqi formatlar” işlənib hazırlandıqdan sonra baş tutacaq"

AzVision.az xəbər verir ki, bunu “Kommersant”a müsahibəsində Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. Onun sözlərinə görə, belə formatları yaxın gələcəkdə hazırlamaq olar.

"Qarşılıqlı hüquqi formatlar artıq işlənib hazırlandıqdan sonra danışıqların dördüncü raundu təyin olunacaq. Bu, sabah, o biri gün ola bilər", - M. Podolyak bildirib.

Onun sözlərinə görə, yəqin ki, artıq “yalnız söhbət etmək” lazım deyil.

“Biz bütün məsələləri müzakirə etdik. İndi bu məsələləri hansısa hüquqi formatlara salmağa çalışırıq”,- o əlavə edib.

Şahanə Rəhimli
AzVision.az







Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti