“Putin Zelenski ilə görüşməyə razılıq verib”- Çavuşoğlu

   “Putin Zelenski ilə görüşməyə razılıq verib”-    Çavuşoğlu
  13 Mart 2022    Oxunub:2260
Rusiya prezidenti Putin Ərdoğanla telefon danışığı zamanı Ukraynanın dövlət başçısı Zelenski ilə görüşməyinin əleyhinə olmadığını bildirib.
AzVision.az bildirir ki, bu barədə Türkiyənin XİN başçısı Çavuşoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Biz Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili üçün səy göstəririk. Putin bizim prezidentlə telefon danışığı zamanı belə görüşün əleyhinə olmadığını deyib. Ukrayna tərəfi də hazırdır. Tərəflər arasında Belarusda texniki danışıqlar aparılır. Digər tərəfdən başqa kanalların da belə cəhdləri var, biz də bunu dəstəkləyirik”-deyə XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, Ərdoğan və Putin arasında telefon danışğı martın 6-da olub.

AzVision.az


Teqlər:



Xəbər lenti