Rus hərbçilər amerikalı jurnalisti güllələdilər - FOTO

   Rus hərbçilər amerikalı jurnalisti güllələdilər -    FOTO
  13 Mart 2022    Oxunub:1163
Rusiya hərbçiləri İrpendə New York Times qəzetinin əməkdaşını güllələyiblər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.
"İşğalçılar hətta rus qoşunlarının Ukraynadakı vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq media jurnalistlərini də rüsvayçılıqla öldürürlər. Bu gün İrpendə dünyaca məşhur "Nyu York Tayms"ın 51 yaşlı müxbiri Brent Renaud güllələnib",- deyə o bildirib.

Geraşenkonun sözlərinə görə, daha bir jurnalist yaralanıb. Onu “Oxmatdet”ə aparıblar, orada ilkin tibbi yardım göstərirlər.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti