Danışıqların 4-cü raundu: Kiyev bombalandı

   Danışıqların 4-cü raundu:    Kiyev bombalandı
  14 Mart 2022    Oxunub:1534
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna və Rusiya nümayəndə heyətlərinin videoformatda görüşünün davam etdiyini bildirib.
AzVision.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. Onun sözlərinə görə, tərəflər artıq mövqelərini daha dəqiq şəkildə ifadə edirlər: "Ünsiyyət çətindir, amma gedir. Anlaşmazlığın səbəbi siyasi sistemlərimizin fərqliliyidir".

Danışıqların davam etdiyi zaman Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutub. Havada zərərsizləşdirilən raketin qalıqları paytaxtın tarixi Kurenyovka rayonuna düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.


AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti