ÜST pandemiyanın nə zaman bitəcəyini təhlil edib
ÜST bildirib ki, bu istiqamətdə hələlik konkret açıqlama verilməyib.
Xatırladaq ki, əksər bölgələrdə yoluxma faktı azaldığı halda, Honq-Konqda ölüm halları kəskin artıb. Çinin verdiyi məlumata əsasən son həftə ərzində gündəlik yoluxma halları 2 ildə ilk dəfə olaraq 1000-i ötüb.
Dünyada isə ölkələrin çoxu normal sosial həyata qayıtmaq üçün müəyyən irəliləyiş əldə ediblər.Bir sıra ölkələrdə maskaya dair qadağalar ləğv edilib, virusdan qorunmaq üçün müəyyən qaydalar tətbiq olunub. Bir çox ölkələr səyahətlərə bağlanmış sərhədlərini açıb.
Asiya ölkələri isə yoluxmanın rekord səviyyəsindədir. Hələ də Asiyanın bir çox dövləti rekord səviyyədə yoluxmalar barədə məlumatlar verir.
Almaniyada da yoluxma həddi artıq rekord həddə çatıb. ÜST bildirib ki, ötən həftə Covid 19 üzrə 10 milyondan çox yoluxma, 52000 ölüm faktı qeydə alınıb.
Aytən Əzimova
AzVision.az
Teqlər: ÜST







Vaxtında, Aydın, Lazımlı!


