Putin İsrailin baş naziri ilə danışıb

Putin İsrailin baş naziri ilə danışıb
  14 Mart 2022    Oxunub:1241
Rusiya Prezidenti Vladimir Putinlə İsrailin baş naziri Naftali Bennet arasında telefon danışığı olub.
AzVision.az Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Naftali Bennet Rusiya Prezidentinə Ukrayna məsələsi ilə bağlı bir sıra dövlətlərin rəhbərləri ilə son təmaslar barədə məlumat verib. Öz növbəsində Vladimir Putin Rusiya və Ukrayna nümayəndələri arasında videokonfrans formatında bu günlərdə baş tutan danışıqlar prosesini dəyərləndirib.

Dialoqun davam etdirilməsi razılaşdırılıb.

AzVision.az


Teqlər: Rusiya   İsrail  



Xəbər lenti