“Azərbaycanın 53 milyard dollar strateji valyuta ehtiyatı var”

   “Azərbaycanın 53 milyard dollar strateji valyuta ehtiyatı var”
  15 Mart 2022    Oxunub:659
"Hazırda Azərbaycanın 53 milyard dollar ABŞ dolları strateji valyuta ehtiyatı var”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işləri həyata keçirilir. Bu işlər ölkəmizin öz hesabına görürük. Bu il də ölkəmizin qarşısında vacib işlər dayanır və əminik ki, bu işlər uğurla həyata keçiriləcək" - deyə o, qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti