AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko KİV-ə
müsahibəsində məlumat verib.
- Bir çox logistika zəncirləri tamamilə pozulub, xeyli müəssisə dağıdılıb, bəziləri isə sadəcə olaraq işçiləri getdiyi üçün işləyə bilmir. İqtisadiyyat Nazirliyi müharibənin xərclərinin ölkənin ÜDM-nin üçdə birini və ya yarısını təşkil edəcəyinə inanırdı. Başqa hesablamaya görə, söhbət 500 milyard dollardan gedir. Lakin dəqiq məbləğ yalnız müharibə başa çatdıqdan sonra məlum olacaq, - Marçenko deyib.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu Rusiya ilə müharibə səbəbindən 2022-ci ilin sonuna qədər Ukraynanın ümumi daxili məhsulunun 10% azalacağını proqnozlaşdırıb. Fond həmçinin inflyasiyanın 19,1%-ə yüksələcəyini deyib.
Tural Tağıyev
AzVision.az