Lukaşenkonun həyat yoldaşı da sanksiyaya salındı

   Lukaşenkonun həyat yoldaşı da sanksiyaya salındı
  15 Mart 2022    Oxunub:1638
ABŞ Maliyyə Nazirliyi Rusiya hərbi rəhbərliyinin nümayəndələri də daxil olmaqla, Rusiya və Belarusda 15 şəxsə qarşı yeni sanksiyalar tətbiq edib. AzVision.az xəbər verir ki, bu barədə aidiyyəti qurum məlumat yayıb.
Bildirilir ki, Rusiya müdafiə nazirinin bir sıra müavinləri, həmçinin "Rosoboroneksport" ilə "FSBTC"nin rəhbərləri Dmitri Şuqayev və Aleksandr Mixeyev ABŞ-ın yeni sanksiyaları altına düşüb.

ABŞ sanksiyaları Belarus prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina Lukaşenkoya da təsir edib.

Bundan başqa, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çeçenistanda yerləşən Kurçaloyevski rayonu üzrə şöbəsi ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Lukaşenko   Sanksiya  



Xəbər lenti