Belarus Ukrayna ilə sərhədə yenidən qoşun toplayır - VİDEO

   Belarus Ukrayna ilə sərhədə yenidən qoşun toplayır -    VİDEO
  15 Mart 2022    Oxunub:1127
Ukrayna mediası Belarusun yenidən sərhədə qoşun toplaması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar bir sıra sərhədyanı rayonlarda Rusiya və Belarus qoşunlarının yeni hərəkətlərinin müşahidə olunduğunu yazır.
- Belaruslu jurnalist və fotoqraf Anton Motolko "Telegram"da diqqət çəkən fotolar paylaşıb. Bildirilir ki, səhər saatlarında M-10 magistral yolu ilə Kalinkoviç istiqamətində “V” işarəsi olan texnikalar hərəkət edib. Onlar S-400 zenit qurğuları üçün raketləri daşıyıb. Bundan başqa, M-5 magistralında “İsgəndər” raketləri olan 7 yük maşını da görüntülənib. BMP-2, BMR-1K, BMP-1KSh olan yük qatarı isə Minskdən bir qədər aralıda dayanıb, - xəbərdə deyilir.

Lukaşenkonun həyat yoldaşı da sanksiyaya salındı
Həmçinin Qomel bölgəsində bir neçə tibbi maşının da qeydə alındığı söylənilir.

- Yerli vaxtla saat 18:00-da 7 yük maşını Mozır rayonundan cənuba doğru hərəkət edirdi. Mart ayında məlum oldu ki, Lukaşenko Belarus qoşunlarına Ukraynanı işğal etməyi əmr edib. Lakin medianın yazdığı kimi, əsgərlərin çoxu bu əmri yerinə yetirməkdən imtina ediblər.



Rusiya Federasiyasının Ukraynaya qarşı açıq müharibəsi başlayandan Lukaşenko ərazini rusların istifadəsinə verib. Məhz Belarusun sərhəd poliqonlarından Ukrayna şəhərlərinə raket zərbələri endirilir.

Avropa İttifaqı isə Lukaşenkonun Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirakını açıq şəkildə bəyan edib, - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Ukrayna  



Xəbər lenti